Çin ölkə iqtisadiyyatını sabitləşdirməyin yolunu tapdı
Çin hakimiyyəti ölkənin ÜDM artımını canlandırmaq üçün səylərini artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Yeni yaşayış binalarının tikintisini, habelə aztəminatlı və işsiz vətəndaşlara ödənişləri məhdudlaşdırmaqla daşınmaz əmlak bazarını sabitləşdirməklə iqtisadiyyatın sürətləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Çin suveren istiqrazlarının bir hissəsini satmağı planlaşdırır. Bunun iqtisadiyyatı 0,2 faiz bəndi artıracağı və illik 5 faizlik artım hədəfinə nail olacağı gözlənilir.
Bazar Pekinin açıqlamalarına müsbət reaksiya verib. Çin CSI 300 indeksi ötən gün 4,23% artaraq 3545,32 bənd olub.
Çin öz daxili problemləri ilə məşğul olarkən, Hindistan iqtisadi liderliyə diqqət yetirir. Proqnozlara görə, ölkə 2030-cu ilə qədər ÜDM artımında birinci yeri tuta bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay