Durov illik qazancını söylədi, hamı heyrətləndi
Telegram messencerinin təsisçisi Pavel Durov bildirib ki, onun gəliri ildə bir dirhəm (təxminən 25 rubl) təşkil edir.
Valyuta.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazır.
Nəşrdə qeyd edildiyi kimi, sahibkar asket həyat tərzini nümayiş etdirməyi xoşlayır, eyni zamanda alkoqolsuz, qəhvəsiz, süd məhsulları, ət və narkotiksiz həyatı təbliğ edir. Fransada dindirmə zamanı o , müstəntiqlərə ildə cəmi “1 Əmirlik dirhəmi” aldığını deyib.
Materialda deyilir: "Bu, həmsöhbətlərini çaşdırdı".
Sentyabrın 19-da Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bəyan edib ki, Paris Durov işinin materialları ilə tanış olmağa izn verməkdən imtina edib. Onun sözlərinə görə, Fransa hakimiyyəti Telegram təsisçisinin işini Fransa dövləti ilə onun vətəndaşı arasındakı münasibətlər prizmasından qəbul edir.
Qeyd edək ki, avqustun 24-də Durov Parisin Le Burje hava limanında saxlanılıb. O, qanunsuz əməliyyatlar üçün onlayn platformanın idarə edilməsi də daxil olmaqla altı cinayətdə ittiham olunub. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altına alınıb və ona Fransanı tərk etmək qadağan edilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay