Nensi Pelosinin əri cəld tərpəndi, Visa səhmlərini satıb xeyli varlandı
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin əri Paul Pelosi ABŞ Ədliyyə Nazirliyinin şirkətə qarşı antiinhisar iddiası səbəbiylə meydana gələn Visa qiymətli kağızlarını qiymətləri düşməmişdən əvvəl sataraq varlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
İddia olunur ki, Pelosi şirkətin iki minə yaxın səhmini iyun ayında - ABŞ Ədliyyə Nazirliyi antiinhisar qanunlarına əməl etmədiyi üçün Visa-nı məhkəməyə verməzdən bir gün əvvəl satıb. Amerika parlamentinin aşağı palatasının eks-spikerinin ərinin gəliri təxminən 500 min dollar təşkil edib.
Bundan əlavə, 2023-cü ildə Pelosi eyni şəkildə Nvidia texnologiya şirkətinin səhmlərindən pul qazanıb - şirkətin qiymətli kağızlarının dəyəri Kaliforniya ştatı ilə süni intellekt sahəsində müqavilə bağladıqdan sonra xeyli artıb. Pol Pelosi özü də bu ştatda yaşayır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay