Hindistan 2030-cu ilə qədər dünyanın iqtisadi lideri olmağı hədəfləyir
Analitiklər Hindistanda 2030-cu ilə qədər ÜDM artımında dünya lideri ola biləcək iqtisadi möcüzənin olacağını proqnozlaşdırırlar.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"S&P Global" hesab edir ki, Hindistan iqtisadiyyatı hər il 6,7% artaraq 2030-2031-ci illərdə 7 trilyon dollardan çox olacaq. Bu, ölkəyə dünya reytinqində ABŞ, Yaponiya və Avopa İttifaqını qabaqlayaraq üçüncü yeri tutmağa imkan verəcək.
"Dayanıqlı iqtisadi artım Hindistanın kredit profili üçün müsbətdir. Biz inanırıq ki, bu, yaxın iki-üç il ərzində dəyişməyəcək", deyə "S&P Global" ekspertləri bildirib.
Əsas artım amilləri ucuz və təhsilli işçi qüvvəsi, yüksək texnologiyalı xidmətlərin inkişafı və istehsalın Çindən transferi olacaq. Hindistanda "Kompozit PMI" artıq 14 ilin ən yüksək səviyyəsinə çatıb.
İnvestisiya üçün ən perspektivli sahələr elektronika, əczaçılıq, günəş enerjisi və akkumulyator istehsalıdır. Dəniz ticarətinin artırılması üçün liman infrastrukturunun inkişafı mühüm rol oynayacaq.
“Hindistan artıq neftin ən böyük alıcılarından biridir, lakin Çindən fərqli olaraq, demək olar ki, hər şey yenidən ixrac olunur. Neft emalı zavodlarında dizel, mazut və s. kimi emal edilir və dərhal başqa ölkələrə göndərilir", deyə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov izah edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay