Rusiyadan ən çox taxıl alan 5 ölkə - Siyahı 46-dan 30-a düşüb
Rusiyadan taxıl alan ilk beş ölkənin siyahısına Misir başçılıq edir. İkinci yerdə Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə Türkiyə, İran və Banqladeş qərarlaşıb.
Valyuta.az xəbər verir ki, bunu Yaxın Şərq və Şimali Afrikada ərzaq təhlükəsizliyi üzrə ekspert, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının müəllimi, beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə mütəxəssis Mariya Ginzburq deyib.
Onun sözlərinə görə, Afrika ölkələri də Rusiya taxılının fəal alıcılara çevrilir.
"Mərakeş taxıl alışını artırır. Lakin hələ də Şimali Afrikanı xüsusi qeyd etmək lazımdır", deyə ekspert bildirib.
O izah edib ki, bu, Afrika ölkələrinə taxılın əsas tədarükçüsü olan Fransada məhsulun gözlənilən azalması ilə bağlıdır. Mövcud vəziyyət Rusiya taxılının bazarda üstünlük təşkil etməyə başlamasına gətirib çıxaracaq.
Quraqlığa gəlincə, Rusiya Taxıl İttifaqının rəhbəri Arkadi Zloçevski bildirib ki, bu, hələ qış bitkilərinin məhsulu ilə bağlı mənfi proqnozlara səbəb olmayıb:
"Qarşıdan gələn qışda bölgələrdə qarın səviyyəsindən çox şey asılı olacaq, çünki quru dövrlərdə də torpağı nəmlə doyurur".
Bundan əvvəl bildirilirdi ki, sentyabrın ilk 20 günündə Rusiyadan digər ölkələrə taxıl tədarükünün həcmi 4,09 milyon tona düşüb və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% təşkil edib. Rusiyanın taxıl ixracının coğrafiyası da daralıb - əgər bir il əvvəl Rusiyadan 46 ölkə buğda alırdısa, indi cəmi 30 ölkə alır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay