Fransa tarixində ən pis büdcə kəsiri ilə üzləşidi
Fransa indi tarixinin ən pis büdcə kəsirini yaşayır.
Valyuta.az xəbər verir ki, bunu Fransanın iqtisadiyyat, maliyyə və sənaye suverenliyi naziri Antuan Armand "France Inter" radiostansiyasının efirində deyib.
“Bir və ya iki müstəsna böhran ili istisna olmaqla, biz tariximizin ən ciddi kəsiri ilə üzləşirik. Bu baxımdan vəziyyət çox ağırdır”, deyə nazir bildirib.
Arman eyni zamanda, Fransanın ÜDM artımının əvvəllər həmişə Paris üçün nümunə olan Almaniyanı qabaqladığını vurğulayıb.
2023-cü ilin sonunda Fransanın dövlət büdcəsinin kəsiri 173 milyard avro təşkil edib.
Fransa və Almaniya sentyabr ayında işgüzar fəaliyyətə yeni zərbə ilə üzləşiblər. Hər iki ölkədə işgüzar aktivlik indeksi (PMI) əsas səviyyədən - 50 bənddən aşağı düşüb və bu, avrozonada tənəzzül riskini göstərir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay