Ərdoğan ABŞ-ın Türkiyənin ən böyük LNG təchizatçısına çevrildiyini bildirdi
ABŞ Türkiyənin ən böyük LNG təchizatçısına çevrilib və Ankara bu sahədə uzunmüddətli müqavilələr bağlamaq istəyir.
Valyuta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Türk-Amerika İş Şurasının tədbirində deyib.
“2016-cı ildə Amerikadan LNG idxal etməyə başladıqdan sonra bu sahədə əməkdaşlığımız inkişaf etməkdə davam edir və bu gün Amerika bu sahədə bizim ən böyük tədarükçümüzə çevrilib və biz bu əlaqələri uzunmüddətli müqavilə ilə təsdiqləmək istəyirik. Bu istiqamətdə atılan mühüm addım enerji şirkətimiz Botaş və Exxon Mobil arasında anlaşma memorandumunun imzalanması oldu”, - Ərdoğan deyib.
Türkiyə lideri, həmçinin qeyd edib ki, respublika iqtisadiyyatının maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirir, inflyasiyanın aşağı düşməsi, Türkiyənin il ərzində üç reytinq agentliyi tərəfindən birdən-birə kredit reytinqi qaldırdığı yeganə ölkə olub. Onun sözlərinə görə, Ankara yeni kapital artırılması strategiyası sayəsində 2028-ci ilə qədər ümumi qlobal birbaşa investisiyaların 1,5%-ni alacağını gözləyir.
Bu arada Ərdoğan ABŞ-ın mövcud ticarət məhdudiyyətlərini xatırladıb. “Əlavə gömrük rüsumları, dəmir-polad və alüminium sektorlarında CAATSA sanksiyaları kimi birtərəfli tədbirlər və məhdudiyyətlər aradan qaldırılmalıdır. Ümid edirik ki, F-16-nın modernləşdirilməsi layihəsi ilə yeni səhifə açacağıq və müdafiə sənayesindəki artan maneələrin sonsuza qədər aradan qaldırılmasını gözləyirik”, – deyə Ərdoğan bildirib.
O, amerikalı investorları və istehsalçıları Türkiyə ilə ticarət fəaliyyətinin aparılması və mövcud maneələrin aradan qaldırılması üçün “müvafiq qurumlardan dəstək almağa” çağırıb. O, ABŞ bazarına çıxmaq istəyən türk şirkətlərinə viza və icazələrin verilməsi məsələsində Amerika tərəfinin dəstəyinə ümid etdiyini də bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay