İlon Mask məhkəmədə işçisinə uduzdu - Təzminat ödəməlidir
İlon Mask 2022-ci ildə şirkətin kütləvi ixtisarından sonra şirkətin sahibindən işdən çıxma pulu istəyən "Twitter" əməkdaşının (indiki X) qaldırdığı iddianı uduzub.
Valyuta.az xəbər verir ki, bu barədə məhkəmənin hökmü ilə tanış olan Bloomberg məlumat yayıb.
Vəkil Shannon Liss-Riordan verdiyi açıqlamada, razılaşmaya əsasən, iddiaçı "tam işdən çıxma paketi alacaq" deyib. Onun sözlərinə görə, belə bir qərar işdən çıxma haqqı ilə bağlı digər oxşar işlərə yaşıl işıq yandıra bilər. Liss-Riordan daha 15 işin arbitraj dinləmələrindən keçdiyini və növbəti bir neçə ay ərzində daha qənaətbəxş qərarların veriləcəyini gözlədiyini söyləyib.
O, ümid etdiyini bildirib ki, bu inkişafın nəticəsi olaraq, "Twitter/X danışıqlar masası arxasına oturmağa və hamı üçün həll yolu ilə danışıqlar aparmağa hazır olacaq".
Daha əvvəl xəbər verildiyi kimi, X şirkətinin keçmiş işçiləri işdən çıxarıldıqdan sonra müavinətlərin ödənilməməsinə görə Maska qarşı arbitraj məhkəməsinə təxminən 2,2 min ərizə verib. Dörd ABŞ senatoru işçilərin kütləvi şəkildə ixtisar edilməsindən sonra ABŞ qanunlarını pozmaqda ittiham olunan sahibkara məktub göndərib. Qanunvericilər işçilərin ixtisarı və “yeni layihələrin tələsik işə salınmasından” sonra şirkətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyindən ehtiyat edirlər.
27 oktyabr 2022-ci ildə Mask eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Twitter-i əldə etdikdən sonra iş adamı kütləvi ixtisarlar həyata keçirib. Nəticədə şirkətin işçi heyəti 7,5 min nəfərdən təqribən 2 min nəfərə endirilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay