Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, "Türk axını" qaz kəməri sayəsində 2025-ci ildən etibarən Ukraynanın Rusiyadan qaz tranzitini öz ərazisi ilə uzadıb-uzatmaması Budapeşti maraqlandırmır.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Türk axını" sayəsində bir çox digər Avropa ölkələrindən fərqli olaraq, gələn il Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayanıb-dayanmayacağı bizim üçün heç bir əhəmiyyət kəsb etmir", deyə nazir bildirib.
Siyarto həmçinin qeyd edib ki, Rusiya Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsinə dair razılaşmaların icrasına sadiqdir.
Avqustun sonunda Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynanın "Drujba" neft kəməri ilə Rusiya neftinin tranzitinin dayandırılması ilə bağlı bəyanatlarını ziddiyyətli adlandırıb. O vurğulayıb ki, Macarıstan rəsmi siqnallar almağa davam edir ki, Kiyev öz öhdəliklərini yerinə yetirir. Eyni zamanda, onun sözlərinə görə, Ukrayna öz ərazisi vasitəsilə Rusiyanın “Lukoyl” şirkətindən neft nəqlini əngəlləməklə Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyini təhdid edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay