"Volkswagen" 30 min işçinin ixtisarını müzakirə edir
Almaniyada "Volkswagen"da on minlərlə iş yeri risk altındadır.
Valyuta.az "Bild"ə istinadən xəbər verir ki, şirkətin idarə heyəti 30 minədək işçinin ixtisarını müzakirə edir.
Beləliklə, Volfsburqdakı əsas VW zavodunda 70 min işçidən 40 mini inzibati işlə məşğul olur və direktorlar şurası artıq idarəetmə xərclərini 20% azaltmaq qərarına gəlib.
Emden və Osnabrükdəki fabriklərin 10 mindən çox işçisi də risk altındadır. Onların istehsal gücləri kifayət qədər yüklənməyib, bu da müəssisələrin gəlirli olmasına imkan vermir. Salzgitterdəki komponent istehsalı zavodunda işlər yaxşı getmir, 7,5 min iş yeri risk altındadır
Zvikau zavodunun və qismən Hannoverdəki zavodun təyinatının dəyişdirildiyi elektrik avtomobillərinə artan tələbatla ümidlərini bağlayır. Belə olan halda gələcəkdə müəssisələrin bağlanmasının və kütləvi ixtisarların qarşısını almaq mümkün olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay