Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı
Avqustda Yaponiyada düyünün qiyməti bir il əvvəlin eyni ayından 28,3% artaraq 1975-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin bəyanatında deyilir ki, buna ötən il həddindən artıq istilər səbəbindən məhsul istehsalının zəif olması səbəb olub.
Valyuta.az bu barədə TASS-a istinadla xəbər.
Departament hesab edir ki, əhalinin bir hissəsinin təbii fəlakətlər zamanı təsərrüfat ehtiyatlarını artırmaq istəyi ilə də qiymətlər artıb. Çörək istehlakının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, düyü ölkənin gündəlik qida rasionunun əsas məhsullarından biri olaraq qalır.
Ümumilikdə, avqust ayında Yaponiyada ərzaq qiymətləri 2,9% artıb. Bu, xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının bahalaşması, həmçinin yayın həddindən artıq istilərinin təsiri ilə əlaqələndirilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay