BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55902

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) bildirdiyinə görə, avqustda Avropa İttifaqında avtomobil satışları illik müqayisədə 18,3% azalıb və bütün əsas Avropa avtomobil bazarlarında satışlarda azalma qeydə alınıb.

Valyuta.az bu barədə "İnterfax"a istinadən xəbər verir.

Ötən ay Aİ-də ümumilikdə 643,6 min avtomobil satılıb. Almaniyada satışlar 27,8%, Fransada 24,3%, İtaliyada 13,4%, İspaniyada 6,5% azalıb. Bütövlükdə Avropada satılan yeni avtomobillərin sayı (Aİ ölkələri üstəgəl İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya) ötən ay 16,5% azalaraq 755,7 min ədəd olub.

Avropa İttifaqında elektromobillərin satışı 43,9% azalaraq 92,6 min ədəd təşkil edib, o cümlədən Almaniyada elektriklə işləyən avtomobillərin satışı 68,8% azalıb. Aİ bazarında elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı bir il əvvəlki 21%-dən 14,4%-ə düşüb.

Avqustda Aİ-də "Volkswagen" qrupunun (o cümlədən "Skoda", "Audi", "Seat", "Porsche" və s.) satışları 14,8%, "Stellantis" (birləşmiş "Fiat Chrysler" və "PSA Group") 29,5%, "Renault 13,9% azalıb.

Alman lüks avtomobil istehsalçısı "Bayerische Motoren Werke AG"nin satışları 15,6%, rəqib Mercedes-Benz 12,7%, Cənubi Koreyanın "Hyundai Group" şirkəti satışlarını 14,5%, Yaponiyanın “Toyota Group”u isə 4,3% azaldıb.

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" ötən ay Avropa İttifaqında 15,5 min avtomobil satıb ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə demək olar ki, bir yarım dəfə azdır.

Bütün məşhur avtomobil markaları arasında "Skoda" Avropada satışlarında cüzi artım (illik 0,2%), Yaponiyanın lüks brendi "Lexus" və İsveçin "Volvo" avtomobilləri tərəfindən əhəmiyyətli artım (təxminən dörddə bir) qeydə alınıb.

Bu ilin səkkiz ayında Aİ-də avtomobil satışı 1,4% artaraq, demək olar ki, 7,2 milyon təşkil edib, o cümlədən İspaniyada bu rəqəm 4,5%, İtaliyada 3,8% artıb, Fransa və Almaniyada isə müvafiq olaraq 0,5% və 0,3% azalma müşahidə olunub. 

Yanvar-avqust aylarında Avropa İttifaqında elektriklə işləyən avtomobillərin satışı 8,3% azalaraq 902 min ədəd olub.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin