ABŞ Türkiyə banklarını sanksiyalarla hədələdi
ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumları ilə əlaqə saxlayıb və Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə onları sanksiyalarla hədələyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə məlumatı türk maliyyə konsaltinq sahəsindəki mənbə təsdiqləyib.
"Doğrudur, ABŞ-dən nümayəndə heyəti gəlmişdi. Onların nümayəndələri Rusiya tərəfi ilə qarşılıqlı münasibətləri davam etdirəcəkləri təqdirdə, ölkəmizin banklarını üstüörtülü və ya gizli sanksiyalarla hədələdilər", - deyə həmsöhbət bildirib.
Bununla belə, o əlavə edib ki, əməliyyatların hələ də Türkiyə bankları vasitəsilə həyata keçirilməsi mümkündür, lakin bunun üçün bir sıra şərtlərin yerinə yetirilməsi və əməliyyatın mövcud sanksiyalar və məhdudiyyətləri pozmadığına dair uyğunluq prosedurunun bir hissəsi kimi, müəyyən sənədlər və sübutların təqdim edilməsi tələb olunur.
Qeyd edək ki, "Aydınlık" qəzeti mart ayında ABŞ-nin Türkiyədəki Baş Konsulluğunun və səfirliyin ayrı-ayrı əməkdaşlarının şirkətlərə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə iş görməkdən çəkindirərək, sanksiyalarla hədələdikləri barədə xəbər vermişdi.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay