Afina daha az turist qəbul edəcək - Rüsum artırıldı
Daha əvvəl kruiz turistlərinə məşhur Santorini və Mikonos adalarını ziyarət etmək üçün 20 avro rüsum tətbiq etmək qərarına gələn Yunanıstan səlahiyyətliləri həddindən artıq turistlə mübarizə və ölkədəki mənzil böhranını həll etmək məqsədilə yeni tədbirlər elan edib.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, Yunanıstan hakimiyyəti Afinanın mərkəzindəki üç rayonda 2025-ci il yanvarın 1-dən etibarən ən azı bir il müddətinə qüvvədə olacaq qısamüddətli mənzil kirayəsi üçün yeni lisenziyaların verilməsinə qadağa elan edib. Onun müddəti uzadıla bilər.
Eyni zamanda, Yunanıstan hökuməti bu cür turist icarələri üçün vergini artırıb və ev sahiblərinin uzunmüddətli kirayələrə keçməsi üçün stimullar təqdim etməyi öhdəsinə götürüb.
Bir çox Avropa turizm istiqamətləri kimi, Yunanıstan da Airbnb kimi onlayn platformalar tərəfindən dəstəklənən gəlirli sənayeni turist axını səbəbindən mənzil çatışmazlığı və artan yaşayış xərcləri ilə üzləşən yerli əhalinin ehtiyacları ilə tarazlaşdırmaq üçün mübarizə aparır.
İndi bir çox ev sahibləri öz mülkləri üçün daha gəlirli qısamüddətli kirayələrə üstünlük verdikləri üçün afinalılar sərfəli kirayə ev tapmaqda çətinlik çəkirlər.
"8-9 ay ev axtardım və nəhayət ki, indi olduğum evdə qərarlaşdım. Axtarış dövründə belə, düşündüyüm sahələri genişləndirəndə, ödəyə biləcəyim heç nə tapmadım" deyən 34 yaşlı özəl sektor işçisi Alma Lazi Afinanın mərkəzi Panqrati rayonunda yaşayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay