Aİ indiyə qədər Ukraynaya nə qədər pul xərcləyib? - Məbləğ açıqlandı
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Avopa İttifaqı və ona üzv ölkələrin Ukraynaya ayırdığı yardımın ümumi məbləği 118 milyard avroya çatıb.
Valyuta.az xəbər verir ki, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis Strasburqda Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsi ilə bağlı dinləmələrin açılışı zamanı deyib.
"Bu günə olan məlumata görə, Aİ və ona üzv dövlətlərin Ukraynaya ümumi yardımı təxminən 118 milyard avro təşkil edir. Buraya Aİ Ukraynaya Dəstək Fondu, makro-maliyyə yardımı, özəl investisiyaların səfərbər edilməsi və texniki yardım üçün risklərin azaldılması alətləri vasitəsilə səfərbər edilmiş təxminən 40 milyard avro daxildir. 25,2 milyard avro makromaliyyə yardımı Ukrayna dövlətinin fəaliyyət göstərməsinə kömək etdi və islahatların aparılmasına imkan verdi”, deyə Dombrovskis bildirib.
O xatırladıb ki, Aİ ərazisində müharibədən qaçan ukraynalılara dəstək kontekstində Aİ-yə üzv dövlətlər tərəfindən 17 milyard avro ayrılıb. Aİ üzv dövlətləri tərəfindən Ukraynaya verilən qrantlar, kreditlər və zəmanətlər şəklində 12,2 milyard avro təşkil edib. Bundan əlavə, Ukrayna Avropa İnvestisiya Bankı və AYİB-dən yardım, Aİ zəmanəti ilə digər kreditlər alıb.
Aİ yardımının ayrıca istiqaməti Ukraynaya iqtisadi dəstək, o cümlədən muxtar ticarət tədbirlərinin tətbiqi və Aİ-nin “həmrəylik dəhlizləri”nin təşviqi yolu ilə Aİ-nin Vahid Bazarına çıxış olub ki, bu da Ukraynaya xarici bazarlara məhsul ixracını davam etdirməyə imkan verib.
Dombrovskis qeyd edib ki, o, bu cür yardımın davam etdirilməsi üçün Avropa Parlamentinin dəstəyinə ümid edir:
"Aydındır ki, Aİ Ukraynaya və onun xalqına lazım olduğu qədər, mümkün qədər tez və səmərəli şəkildə dəstək verməyə davam edəcək, çünki bu, bizim Avropa gələcəyimiz üçün də ekzistensial əhəmiyyət kəsb edir".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay