Rusiya bu layihələr üçün Ermənistana 40 milyon dollar yardım edir
Rusiya Ermənistanda həm əhalinin müəyyən sosial qruplarını, həm də ölkə iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləməyə yönəlmiş ümumi büdcəsi təxminən 40 milyon dollar olan BMT-nin bir neçə proqramının həyata keçirilməsinə maliyyə dəstəyi verir.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
2020-ci ildən Rusiya Federasiyası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Uşaq Fondu (UNDP-UNİCEF) vasitəsilə əlilliyi olan insanlar üçün əsas xidmətlərin göstərilməsinin səmərəliliyinin artırılması məqsədilə büdcəsi 3 milyon dollar olan “Ermənistanda bərabər iştirak və inklüziv inkişaf üçün xidmət sektorunun gücləndirilməsi” layihəsini həyata keçirməyə başlayıb.
“2010-cu ildən Ümumdünya Ərzaq Proqramı ümumtəhsil məktəblərində isti yeməklə təminat mexanizminin yaradılması və tədricən Ermənistan hökumətinin balansına verilməsi məqsədi daşıyan “Dayanıqlı məktəb yeməklərinin inkişafı” layihəsini uğurla həyata keçirir. Layihənin büdcəsi 25 milyon dollardan çoxdur”, - Rusiya diplomatik missiyasının bəyanatında deyilir.
BMT-nin Sənaye İnkişafı Proqramı “Modernləşdirmə və bazarlara çıxışı genişləndirməklə Ermənistanda ixracyönümlü sənayelərin rəqabət qabiliyyətinin artırılması” proqramını da həyata keçirir. Layihənin üçüncü mərhələsi üçün 2020-ci ilin yanvarından 2024-cü ilin yanvarınadək maliyyələşmənin həcmi 2,2 milyon dollar təşkil edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay