Rusiya Mərkəzi Bankı monetar şərtləri daha da sərtləşdirməyə çağırdı
Mərkəzi Bank pul siyasətinin daha da sərtləşdirilməsini zəruri hesab edir.
Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin rəsmi məlumatında deyilir.
Belə bir tədbirin inflyasiyanın azaldılmasını, inflyasiya gözləntilərinin azalmasını və inflyasiyanın 2025-ci ildə hədəfə qayıtmasını təmin edəcəyi gözlənilir.
Açıqlamada bildirilir ki, bu ilin sonunda illik inflyasiyanın səviyyəsi 6,5-7%-i keçə bilər.
Sentyabrın 13-də Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina tənzimləyicinin oktyabrda inflyasiya proqnozunu açıqlamağı planlaşdırdığını açıqlayıb.
Bundan əvvəl Mərkəzi Bankın rəhbəri xatırladıb ki, tənzimləyici inflyasiyanın 4%-lik hədəf səviyyəsinə qaytarılması üçün lazım olan müddətdə sərt monetar şərtləri saxlamağa hazırdır. Rusiya Bankı vurğulayır ki, 6-8% kimi daha yüksək inflyasiya dərəcələrinin qəbul edilməsi yolverilməzdir, çünki bu, əmanətlərin dəyərsizləşməsinə, uzunmüddətli kreditlərin əlçatanlığının azalmasına və qiymət dəyişkənliyinin artmasına səbəb ola bilər. Tənzimləyici vətəndaşların gəlirlərinin qorunmasına və rublun sabitliyinin təmin edilməsinə yönəlmiş siyasətini davam etdirmək niyyətindədir. Bundan əvvəl Mərkəzi Bank əsas uçot dərəcəsini 19%-ə qaldırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay