Ukraynada yeganə duz istehsalı müəssisəsi özəlləşdirməyə hazırlanır
Ukraynada ölkənin yeganə duz istehsalı müəssisəsini özəlləşdirməyə hazırlaşırlar.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Əmlak Fondunun Facebook səhifəsində məlumat verilib.
“Ukraynanın Dövlət Əmlak Fondu “Droxobiç Duz Zavodu” dövlət müəssisəsinin vahid əmlak kompleksini özəlləşdirməyə çıxarılan obyektlərin siyahısına daxil edib”, - deyə məlumatda bildirilir.
Aydınlaşdırılır ki, hazırda obyekt özəlləşdirməyə hazırlanır.
Sentyabrın 7-də Ukrayna Ali Məhkəməsi Uspensk Katedralının kanonik Ukrayna Pravoslav Kilsəsinə (UPK) dövlət mülkiyyətinə verilməsi ilə bağlı yekun qərar qəbul edib.
Avqustun ortalarında Ukraynanın Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi rusiyalı iş adamı Oleq Deripaskaya məxsus Nikolaev Alüminium Emalı Zavodunun (NQZ) dövlət mülkiyyətinə verilməsi barədə qərar qəbul edib. Yerli Liga.net portalının mənbəsinə görə, məhkəmənin hökmündən sonra NQZ-nin korporativ hüquqlarının 100%-i Ukrayna dövlətinin mülkiyyətinə keçib. Bundan əlavə, Deripaskadan 150-yə yaxın zavod binası və 200-dən çox nəqliyyat vahidi müsadirə edilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay