BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55641

Almaniya rəhbərliyinə Commerzbank-dakı paylarını satmağı tövsiyə edən JPMorgan Chase qrupunun bankirləri, alman hakimiyyətinə İtaliyanın UniCredit maliyyə qrupunu sövdələşmədə iştirak etməyə dəvət etdikləri barədə xəbərdarlıq etməyiblər. 

Valyuta.az xəbər verir ki, bu barədə Financial Times (FT) üç mənbəyə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Berlin UniCredit-in hərracda iştirakından yalnız hərrac günü xəbər tutub. Bütün bunların fonunda Almaniya rəhbərliyi xarici şirkətin Almaniya bankında dövlətin özündən sonra ikinci ən böyük səhm sahibi olmasına səbəb olan qərarlara görə kimin məsuliyyət daşıdığını öyrənmək niyyətindədir. Nəşrin yazdığına görə, əvvəllər məhz JPMorgan bankirləri Almaniya hökumətinə Commerzbank-dakı 4,5%-lik payından qurtulmağı tövsiyə etmiş və bununla da Berlinin belə bir sövdələşməni alqışladığı təəssüratını yaratmışdı. Eyni zamanda, bankirlər UniCredit-i orada iştiraka dəvət etmələri barədə susurlar.

FT-nin məlumatına görə, UniCredit-in sövdələşmədə iştirakı "Alman isteblişmentini təəccübləndirib" və Almaniya ictimaiyyətinin strateji əhəmiyyətli aktivin xarici banka satılmasına etirazına səbəb olub. Nəşr xatırladır ki, Berlin daha əvvəl “UniCredit və Commerzbank-ın səhmlərini almaqda maraqlı olan [digər] avropalı rəqiblərə qiymətli kağızları satmaq niyyətində olmadığını açıqlamışdı”. Əvəzində Almaniya hakimiyyəti səhmləri bir neçə mərhələdə kiçik hissələrdə Commerzbank investorlarına satmağı planlaşdırsa da, bu strategiya şirkətdə artıq səhmlərə sahib olan və satın almaqda maraqlı olduğunu bildirən iddiaçıların hüquqlarını qoruyan Aİ maliyyə siyasətinə zidd olub.

Sentyabrın 12-də Unicredit-in rəhbəri Andrea Orsel bildirib ki, bank qrupu Commerzbank-ı tamamilə ələ keçirmək imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, İtaliya tərəfi Almaniya bankı ilə bağlı gələcək fəaliyyət planının “konstruktiv müzakirəsinə” hazırdır. Bloomberg-in təxminlərinə görə, ehtimal edilən sövdələşmə Avropada birləşmə və satınalmalar sahəsində ən böyük sövdələşmələrdən biri olacaq.

Commerzbank-ın səhmlərinin satışı

Sentyabrın 11-də Almaniya Maliyyə Agentliyi məlumat yayıb ki, Almaniya hökuməti Commerzbank-ın 4,49% səhmini İtaliyanın Unicredit-ə satıb. Əməliyyat nəticəsində bankda dövlət iştirakının payı üçdə birdən çox - 16,49%-dən 12%-ə qədər azalıb. Maliyyə Agentliyinin rəhbəri Eva Qrunvald satışı şərh edərkən qeyd edib ki, Commerzbank öz biznesinin davamlılığını və onu dövlət dəstəyi olmadan müstəqil şəkildə həyata keçirmək qabiliyyətini nümayiş etdirib.

Almaniya hökuməti 2008-2009-cu illərdəki maliyyə böhranı nəticəsində biznesi sabitləşdirmək üçün 18 milyard avrodan çox vəsait ayırdığı zaman Commerzbank-ın səhmlərinin bir hissəsinin sahibi olub. DPA agentliyi sentyabrın 4-də bildirib ki, hökumət bankın səhmlərini mərhələli şəkildə satmaq niyyətindədir. Eyni zamanda, Unicredit səhmlərinin bir hissəsinin satılmasından sonra belə, dövlət hələ də aktivlərinə görə Almaniyanın dördüncü ən böyük bankı olan Commerzbank-ın ən böyük səhmdarı olaraq qalır. Qalan səhmlərin nə vaxt satılacağı açıqlanmır, lakin Maliyyə Agentliyi hökumətin növbəti üç ay ərzində “müəyyən istisnalarla” bunu etməyəcəyinə söz verib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin