Çin PwC-ni 62 milyon dollar cərimələdi
Çin tənzimləyiciləri PwC audit və konsaltinq şirkətinin yerli bölməsinə qarşı sərt sanksiyalar tətbiq edib.
Valyuta.az xəbər verir ki, bu barədə Çin Qiymətli Kağızları Tənzimləmə Təşkilatı (CSRC) məlumat yayıb.
PwC-nin Çin qolu olan "PwC Zhong Tian" 62 milyon dollar cərimələnib və altı ay müddətinə ölkədə fəaliyyətinə qadağa qoyulub. Səbəb son illərdə genişmiqyaslı maliyyə böhranı ilə üzləşmiş "Evergrande" inkişaf şirkətinin auditi zamanı ciddi qanun pozuntuları olub.
CSRC-nin məlumatına görə, "Evergrande" 2020 və 2021-ci illər üçün gəlirini 80 milyard dollar artırıb, lakin şirkətin auditoru kimi çıxış edən PwC heç bir problem barədə məlumat verməyib. Tənzimləyici hesab edir ki, PwC-nin hərəkətləri adi audit səhvlərindən kənara çıxıb və əslində "Evergrande"nin maliyyə fırıldaqlarına töhfə verib.
PwC özü "Evergrande"nin auditindən məyus olduğunu bildirib və məsələ ilə bağlı 11 tərəfdaş və işçinin işdən çıxarılmasını elan edib. Şirkət həmçinin qeyd edib ki, keyfiyyətə nəzarət və risklərin idarə edilməsinin gücləndirilməsi üçün tədbirlər görəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay