Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq
Çin pensiya yaşını artırmaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, qərar ölkənin yaşadığı iqtisadi tənəzzüllə əlaqədar qəbul edilib. İndi kişilər üçün pensiya yaşı 60-dan 63-ə, qadın işçilər üçün isə 55-dən 58-ə qaldırılacaq.
Kişilər üçün pensiya yaşı 2025-ci ildən başlayaraq tədricən 15 il artırılacaq. Qadınlar üçün də dəyişikliklər var, lakin onlar işlədiyi vəzifədən asılıdır:
- Fiziki işçilər (mavi yaxalılar) əvvəlki kimi 50 yaşında deyil, 55 yaşında təqaüdə çıxacaqlar.
- Ofis və ya inzibati vəzifələr (ağ yaxallılar) 55 deyil, 58 ilə təqaüdə çıxacaqlar.
"South China Morning Post" qəzetinin yazdığına görə, ölkə uzun illərdir ki, pensiya yaşını artırmaq barədə düşünür və yerli hökumətlər indi pensiya büdcələrində çatışmazlıqlarla üzləşirlər.
2030-cu ildən başlayaraq, aylıq pensiya almaq üçün tələb olunan minimum iş stajı hər il 6 ay artım tempi ilə mərhələli şəkildə 15 ildən 20 ilədək artırılacaq.
Eyni zamanda, pensiya haqlarının ödənilməsinin minimum ilinə çatdıqdan sonra insanlara üç ildən çox olmayaraq könüllü şəkildə pensiyaya çıxmağa icazə veriləcək. Amma qanunla müəyyən edilmiş yaşdan əvvəl pensiyaya çıxmasına icazə verilməyəcək.
Çin iqtisadiyyatının artım tempi gözləniləndən daha yavaş olub. Dünyanın ikinci ən böyük iqtisadiyyatı aprel-iyun aylarında əvvəlki illə müqayisədə 4,7% artıb, lakin bu, əvvəlki rübdə 5,3% artımdan aşağıdır. İqtisadçılar bu rüb üçün 5,1% artım proqnozlaşdırsalar da, proqnozlar özünü doğrultmayıb.
Çin əsas qısamüddətli uçot dərəcəsini və əsas kredit faizlərini endirib. Pekin dünyanın ikinci ən böyük iqtisadiyyatının artımını sürətləndirmək üçün belə bir addım atıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay