Neftin qiyməti nə qədər düşə bilər? - Böyük banklardan bədbin proqnoz
"Citigroup" və "JPMorgan" kimi iri banklar Çində zəif tələb və təklifin artıqlaması fonunda Brent markalı neftin qiymətinin 2025-ci ildə bir barel üçün 60 dollara düşəcəyini proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazın.
Artıq kotirovkalar 2021-ci ilin dekabrından bəri minimum 71 dollardan aşağı düşüb. Bu azalma Çin iqtisadiyyatının yavaşlaması və Yaxın Şərq münaqişəsi təhlükəsinin azalması ilə əlaqələndirilir.
Qərbin "yaşıl gündəliyi" də neft sənayesinə sərmayə qoyuluşunu məhdudlaşdıran təsirə malikdir. Lakin OPEC+ hasilatı sutkada 0,5 milyon barel azaltması il ərzində yığılan artıq ehtiyatları kompensasiya etmir.
"OPEC+ iştirakçıları yüksək qiymətləri saxlamaqda getdikcə çətinləşirlər. Problem ondadır ki, bütün təchizatçılar kartel deyil", deyə Rusiya Maliyyə Universitetinin professoru Sergey Tolkaçev qeyd edib.
Buna baxmayaraq, ekspertlər əmindirlər ki, mövcud ehtiyatları nəzərə alsaq, bir barel üçün 60 dollar Rusiya üçün kritik deyil. Rusiya Mühəndislər İttifaqının vitse-prezidenti İvan Andrievski deyir: "Büdcəni balanslaşdırarkən manevr üçün yer qalır. Şaxələndirmə, idxalın əvəzlənməsi və Şərqə dönüş isə iqtisadiyyatın sabitliyini tədricən artırır".
RosDorBank-ın İdarə Heyətinin sədri Eduard Kristianov isə bildirib: "Bazardan gələn gəlir ehtiyatlarla birlikdə neft istehsalçılarının, o cümlədən Rusiyanın iqtisadiyyatını çökdürməyəcək".
Bu həftənin əvvəlində Ukraynanın baş naziri Denis Şmıqal Ukraynanın Rusiya nefti Avropadan şirkətlər tərəfindən alınarsa, tranzit etməyə hazır olduğunu açıqlamışdı. Eyni zamanda o, əlavə edib ki, Kiyev Rusiya neftinin və qazının tranziti üzrə sazişlərin uzadılmasına dair Moskva ilə danışıqlar aparmır və aparmaq niyyətində deyil.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay