Estoniya MN: İki ildə silah-sursata əvvəlki 30 ilə nisbətən daha çox xərclənib
Estoniyanın son iki ildə silah-sursata xərcləri əvvəlki 30 ildəkindən çox olub.
Valyuta.az xəbər verir ki, bunu Bloomberg agentliyinə müsahibəsində respublikanın müdafiə naziri Hanno Pevkur deyib.
“Son iki il ərzində biz 750 milyon avro dəyərində sursat almışıq ki, bu da bütün əvvəlki 30 ildəkindən çoxdur”. Müdafiə idarəsinin rəisi əlavə edib ki, 2028-ci ilə qədər eyni məqsədlər üçün daha 3 milyard avro xərclənməsi planlaşdırılır.
Pevkur daha sonra Baltikyanı respublikaların hava hücumundan müdafiə qüvvələrinin zəifliyini vurğulayıb və NATO-nu bu sahənin gücləndirilməsinə yardım etməyə çağırıb. Onun fikrincə, Baltikyanı ölkələr guya “ən kritik vəziyyətdədir” və Berlin və Parisin təhlükəsizliyi birbaşa bu respublikaların müdafiə qabiliyyətindən asılıdır.
Bundan əvvəl Pevkur müdafiə xərclərini artırdığını açıqlamışdı. İyul ayında Almaniyanın Welt qəzetinə verdiyi müsahibədə o, ölkəsinin hərbi xərclərinin 2026-cı ildən etibarən hazırkı 3%-dən milli ÜDM-in təxminən 4%-nə yüksələcəyini söyləyib. Buna nail olmaq üçün Estoniya hökuməti bəzi istisnalar olmaqla, “hər bir vergi ödəyicisi” tərəfindən ödəniləcək yeni “təhlükəsizlik vergisi” tətbiq etməyə razılaşıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay