İtaliyanın Marmolada buzlağı yox ola bilər
Mütəxəssislər deyirlər ki, Dolomitlərin ən böyüyü olan Marmolada buzlağı orta illik temperaturun artması səbəbindən 2040-cı ilə qədər tamamilə əriyə bilər.
Valyuta.az bu barədə "The Guardian"a istinadən xəbər verir.
Buzlaqları və fövqəladə iqlim hadisələrinin təsirlərini izləyən italiyalı alimlər Marmoladanın gündə 7-10 sm qalınlığını itirdiyini bildiriblər. Son beş ildə onun 70 hektar səthi yoxa çıxıb ki, bu da 98 futbol meydançasına bərabərdir.
"Buzlaq Karvanı" adlı kampaniyanın təşkilatçılarına görə, elmi ölçmələr 1888-ci ildə başlayandan bəri Marmolada buzlağı 1200 metr geri çəkilərək onu "dönməz komaya" salıb.
İqlim fövqəladə halının təsirləri qışda çox az qar yağan quraqlıqların yaşandığı Dolomitlərdə görünür. Mütəxəssislərin fikrincə, bu, yay aylarında bölgədə qeyri-adi yüksək temperaturla birlikdə buzlaqların sürətlə əriməsinə səbəb olur. Məsələn, İtaliyanın ən böyük vadi buzlaqlarından biri olan Forni son 30 ildə 800 metr, keçən əsrdə isə 2 km geri çəkilib.
2022-ci il iyulun əvvəlində turistlər üzərində olan Marmolada buzlağının bir hissəsi çöküb, 11 nəfər həlak olub.
Son dövrlərdə xüsusilə də İtaliyanın şimalında anomal istilər və quraqlıq müşahidə olunur. Marmolada zirvəsində havanın temperaturunun 10 dərəcə ilə ən yüksək həddə çatdığı bildirilir. Marmoladanın zirvəsindəki buzlaq İtaliyanın ən böyük buzlaqlarından biri sayılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay