Beynəlxalq maliyyə sistemi parçalanıb - Qərb iqtisadçıları
Beynəlxalq valyuta ehtiyatlarının strukturunda maliyyə parçalanması artır.
Valyuta.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Finlandiya Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar İnstitutunun araşdırmasında deyilir.
Araşdırmada dünyanın 21 inkişaf etmiş və 43 inkişaf etməkdə olan iqtisadiyyatının beynəlxalq ehtiyatlarının strukturu araşdırılıb. Onun müəllifləri qeyd ediblər ki, Amerika dolları və avro həm qlobal səviyyədə, həm də ayrı-ayrı ölkələr səviyyəsində ehtiyatların yerləşdirilməsi vasitəsi kimi populyarlığını itirir. Əksər ölkələr son illər ehtiyatlarda dollar və avronun payını azaldıb, onları başqa valyutalarla əvəzləyib.
Eyni zamanda, araşdırma müəllifləri qeyd ediblər ki, beynəlxalq ehtiyatların şaxələndirilməsinin hazırkı tempi və onların yerləşdirilməsində davam edən ətalət dolların hətta digər valyutaların, ilk növbədə Çin yuanının çəkisinin artması ilə belə uzunmüddətli liderliyini qoruyub saxlayacağını deməyə əsas verir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay