ABŞ sanksiyaları nəticəsində Türkiyə banklarının nə qədər itirdiyi məlum oldu
Türkiyə bankları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nəticəsində 2024-cü ilin 8 ayı ərzində təxminən 2 milyard dollar ixrac gəliri itirib.
Valyuta.az xəbər verir ki, bu barədə türkiyəli iqtisadi şərhçi Mustafa Rəcəb Erçin bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələr tamamilə pisləşməyəcək, lakin bəzi imkanlar əldən verilib.
“Rusiya problemləri olanda Türkiyəyə necə arxalanacaq? Mən əminəm ki, Kremlin iqtisadi heyəti bu sualı verir. Türk həmkarlar da bu barədə düşünməlidirlər”, - deyə Erçin qeyd edib.
Sentyabrın 4-də Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib ki, yerli banklar Rusiya Federasiyasına mal tədarükçüləri üzərində nəzarəti gücləndiriblər. Diplomatın dediyi kimi, kredit təşkilatları bu cür şirkətləri öz sistemlərindən fəal şəkildə “sıxmağa” başlayıblar. Şirkətlər həmçinin köçürmələrin bloklanması və hətta hesabların bağlanması ilə üzləşirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay