BVF Ukraynaya bir milyarddan çox tranşın ayrılması ilə bağlı razılığa gəldi - Şərtlər
BVF missiyası Ukraynaya 1,1 milyard dollarlıq tranşın ayrılması barədə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 4-dən Kiyevdə işləyən Beynəlxalq Valyuta Fondunun missiyasının nümayəndələri Ukraynanın maliyyələşdirilməsi üzrə dörd illik proqrama müsbət baxılması və 1,1 milyard dollarlıq növbəti tranşın ayrılması barədə razılığa gəliblər.
"Ukrayna bu baxış üçün zəruri olan bütün kəmiyyət meyarlarına, eləcə də iyunun sonuna olan struktur meyarlara cavab verir", - BVF-nin Ukraynadakı missiyasının rəhbəri Gevin Qrey deyib.
Bildirilir ki, Ukraynada vergi artımı kontekstində BVF konkret tələblər irəli sürmür. Missiya rəhbəri qeyd edib ki, Ukrayna hakimiyyəti Milli Gəlir Strategiyasına (NRS) uyğun olaraq vergidən yayınma üçün mövcud imkanların bağlanması və kölgə iqtisadiyyatı ilə mübarizə üçün tədbirlər görməlidir.
"Gömrük Məcəlləsinin islahatı ilə bağlı qanunvericilik Xəzinədarlıq Departamentinin gömrük nəzarətində mərkəzi rolunu bir daha təsdiq etməlidir. O, həmçinin Gömrük İdarəsinin daimi rəhbərinin və agentlik daxilində digər əsas rəhbər vəzifələrin seçilməsi üçün möhkəm mexanizmlər yaratmalıdır", - Qrey əlavə edib.
Qrey qısamüddətli prioritetlər sırasında yeni Ali İnzibati Məhkəmənin yaradılmasını, Hesablama Palatasında islahatların aparılmasını və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunda ilk kənar auditin keçirilməsini də qeyd edib. “Ukrenergo”nun müstəqil müşahidə şurasının fəaliyyətinin bərpası dekabrın sonuna qədər baş tutmalıdır.
Xatırladaq ki, sentyabrın 4-də BVF missiyası 1,1 milyard dollarlıq uzadılmış maliyyələşdirmə proqramına yenidən baxılması ilə bağlı Ukrayna hakimiyyət orqanları ilə müzakirələrə başlayır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay