Fransız milyarder Ukraynanın ən böyük mobil operatorlarından birini aldı
Avropanın “İliad” telekommunikasiya qrupunun yaradıcısı, fransız milyarder Kcavye Niel Ukraynanın üçüncü ən böyük mobil operatoru “Lifecell”i və sabit və ödənişli televiziya provayderi “Datagroup-Volia”nı alıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Horizon Capital” investisiya fondunun mətbuat xidməti məlumat yayıb.
“Ksavye Neil tərəfindəm əsası qoyulan və tamamilə ona məxsus olan “NJJ Holding” (NJJ) investisiya şirkəti bu gün Ukraynada sabit və ödənişli televiziya provayderləri arasında lider olan “Datagroup Volia” və “Lifecell”i satın aldığını elan edib. Əməliyyat zəruri tənzimləyici təsdiqlərin alınması da daxil olmaqla, bütün presedent şərtlərin yerinə yetirilməsindən sonra tamamlanıb”, - fondun saytındakı bəyanatda bildirilib.
Yeni sahibin birləşmiş telekommunikasiya platforması yaratmaq üçün “Datagroup-Volia” və “Lifecell”i birləşdirəcəyi bildirilir.
Ukraynanın “Strana” nəşrinin məlumatına görə, “NJJ Capital” bu sövdələşmə üçün ən azı 524,3 milyon dollar ödəyib.
Ötən ilin dekabrında “Lifecell” səhmlərinin əksəriyyətinə sahib olan Türkiyənin ən böyük mobil operatoru olan “Turkcell” üç Ukrayna şirkətindəki bütün aktivlərini “NJJ Holding”ə köçürmək qərarına gəlib. “Lifecell”də türk şirkətinin o vaxt qüvvədə olan Ukrayna Milli Bankının məzənnəsi ilə 334 milyon dollar dəyərində səhmləri var idi.
©Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay