Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
Macarıstanın enerji şirkəti Mol Nyrt. Ukrayna ərazisindən keçən boru kəməri ilə Rusiya neftinin fasiləsiz tədarükünü təmin edəcək saziş imzalayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Xəbər Ukraynanın Rusiyanın işğalına cavab olaraq “Lukoyl”dan tranzit ölkə kimi istifadəsinə qadağa qoymasından sonra ortaya çıxıb. Müqaviləyə əsasən, Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına nəzarət edən Mol sentyabrın 9-dan Belarus-Ukrayna sərhədində neft tədarükünü öz üzərinə götürəcək.
Əvvəllər Rusiya tərəfi neftin Macarıstan və Slovakiyanın Ukrayna ilə sərhədlərinə çatdırılmasına cavabdeh olub.
“Yeni müqavilə neftin Drujba kəməri ilə nəqli üçün davamlı həll yolu təqdim edir”, - deyən Mol şirkətinin vitse-prezidenti Qabriel Szabo Rusiya və Macarıstanı Ukrayna ərazisindən birləşdirən boru kəmərinə istinad edərək, tədarükləri məhz hansı şirkətin həyata keçirəcəyini açıqlamayıb.
Dənizə çıxışı olmayan Macarıstan və Slovakiya Avropa Birliyinin Rusiyaya qarşı enerji sanksiyalarından müvəqqəti azad edilib. Ukrayna iyul ayında “Lukoyl”a qarşı sanksiyaları sərtləşdirdikdən sonra Macarıstan və Slovakiya “Tatneft” kimi istehsalçılardan neft alıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay