Tramp ilk namizəddir ki, karyerasını pula çevirir - İndi də araq...
ABŞ prezidentliyinə namizəd Donald Trampın keçmiş və qeyri-rəsmi müşavirlərindən bəziləri onun adı ilə araq satışını müzakirə ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə Washington Post (WP) yazır.
Nəşr qeyd edir ki, belə bir içki hələ bazara çıxmayıb.
Qəzet yazır: “Trampın yaxını onun araq xəttini dəstəkləmək və ya işə salmaq planının olmadığını söyləyib”.
Eyni zamanda WP qeyd edir ki, Tramp ABŞ prezidentliyinə namizədlər içində ilk şəxsdir ki, öz siyasi karyerasından bu cür pul qazanmaq üçün istifadə edir. Xüsusilə, siyasətçi “Amerikanı yenidən möhtəşəm et” şüarı olan papaqlar, qızıl idman ayaqqabıları, özünə aid heykəlciklər, İncillər və s. satır.
Siyasətçinin məsləhətçilərindən və hüquqşünaslarından biri olan qəzet mənbəsinin sözlərinə görə, onun bəzi sövdələşmələri “sürüşkəndir”, lakin “Tramp öz adını üzə çıxarmaq fürsətindən zövq alır”.
Avqust ayında NBC News siyasətçinin brendləşmiş İncillərin satışından təxminən 300 min dollar qazandığını bildirib. O, martın sonlarında - Ehtiraslı həftədə İncil satmağa başlayıb. Greenwood İncilini onun saytında 59,99 dollara almaq olar. Trampın imzası olduğu iddia edilən məhdud sayda nüsxələrisə 1000 dollara əldə etmək olar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay