Çinin valyuta ehtiyatları avqustda 1% artaraq, 8,5 ildə maksimuma çatdı
Dünyanın ən böyük valyuta ehtiyatları olan Çinin valyuta ehtiyatları 2024-cü ilin avqustunda 1% artaraq bir ay əvvəlki 3,256 trilyon dollarla müqayisədə 3,288 trilyon dollara çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Valyuta Administrasiyasının (SAFE) bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, ehtiyatların həcmi ardıcıl doqquz ay ərzində 3,2 trilyon dollardan yuxarıdır.
Trading Economics yazır verir ki, avqust ayında onlar son 8,5 ilin ən yüksək səviyyəsinə çatıb (2015-ci ilin dekabrından). Eyni zamanda, nəticə praktiki olaraq bu nəşrin sorğusunda iştirak edən analitiklərin orta proqnozu ilə üst-üstə düşüb.
Avqustda yuanın məzənnəsi Amerika milli valyutasına nisbətdə 1,9% artıb. Bu arada ABŞ dolları əsas dünya valyutaları səbəti qarşısında 2,2% ucuzlaşıb.
Çində qızıl ehtiyatları ötən ayın sonunda 72,8 milyon unsiya təşkil edib. Qiymətli metal ehtiyatlarının həcmi aprel ayından etibarən bu səviyyədə qalıb.
Eyni zamanda, dəyər ifadəsində qızıl ehtiyatları qiymətli metalın qiymətlərinin rekord səviyyəyə yüksəlməsi səbəbindən iyulun sonundakı 176,64 milyard dollardan 182,98 milyard dollara yüksəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay