Niderland çip istehsalı avadanlıqlarının ixracına məhdudiyyətləri genişləndirdi
Niderland hökuməti çip istehsalı avadanlıqlarının ixracına məhdudiyyətləri genişləndirib.
Valyuta.az xəbər verir ki, bu barədə Niderlandın xarici ticarət və inkişafa yardım naziri Reinette Klever məlumat verib.
Məhdudiyyətlər qabaqcıl mikroçiplərin istehsalı üçün istifadə olunan fotolitoqrafiya maşınları bazarında dünya liderlərindən biri olan Niderlandın "ASML Holding" şirkətinin istehsalı olan bir neçə sistemə şamil edilir. İndi onları ixrac etmək üçün ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş lisenziya almaq lazımdır.
Söhbət TWINSCAN NXT:1970i və TWINSCAN NXT: 1980i DUV daldırma litoqraflarından gedir. Keçən il ASML tərəfindən istehsal olunan bəzi avadanlıqlara məhdudiyyətlər artıq tətbiq edilib. Müşahidəçilərin qeyd etdiyi kimi, açıq şəkildə qeyd edilməsə də, məhdudiyyətlər çip istehsalı üçün vacib olan avadanlıqların Çinə ixracının qarşısını almaq məqsədi daşıyır.
Xanım Klever yeni məhdudiyyətlərin tətbiqini indiki geosiyasi şəraitdə xüsusilə vacib olan təhlükəsizlik mülahizələri ilə izah edib.
ABŞ bu gün həmçinin çiplər üçün bəzi avadanlıq və komponentlərin ixracına məhdudiyyətləri genişləndirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay