Fin şirkəti Rusiya əvəzinə Amerika nüvə yanacağından istifadə etməyə başladı
Finlandiyanın "Fortum" enerji şirkəti Loviisa atom elektrik stansiyasında Rusiya yanacağı əvəzinə Amerikanın "Westinghouse Electric" şirkətinin nüvə yanacağından istifadə etməyə başladığını elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Yeni yanacağın yüklənməsi etibarlı alternativi təmin edən mühüm mərhələdir. Loviisa atom elektrik stansiyasımızın təhlükəsiz və etibarlı işləməsi Finlandiyanın enerji təchizatının təhlükəsizliyi üçün çox vacibdir", deyə "Fortum"un bəyanatında qeyd edilir.
Şirkətdən bildiriblər ki, "Westinghouse"dan ilk partiya elektrik stansiyasının avqust ayında illik dayandırılması zamanı yüklənib.
Loviisa AES Rusiyanın dövlət enerji şirkəti Rosatom-un törəməsi olan TVEL tərəfindən təmin edilən nüvə yanacağından asılıdır, lakin "Fortum" Rusiyanın Ukraynaya tammiqyaslı işğalından sonra 2022-ci ildə Rusiya yanacağının əvəzini axtarmağa başlayıb.
"Fortum"un Loviisadakı iki nüvə reaktoru Finlandiyada ümumi elektrik istehsalının təxminən 10%-ni təmin edir. Skandinaviya ölkəsi keçən il NATO-ya qəbul edildikdən sonra Rusiyadan yanacaq tədarükündə mümkün fasilələrlə bağlı narahatlığını bildirib.
Bazar ertəsi "Fortum"un baş direktoru Markus Rauramo bildirib ki, şirkət TVEL ilə 2027 və 2030-cu ilə qədər mövcud olan müqavilələrinə əməl edəcək.
2022-ci ildə Finlandiyanın “Fortum” enerji şirkəti Rusiya Federasiyasının Ukraynaya təcavüzü fonunda Rusiya bazarını tərk etmək niyyətində olduğunu bəyan edib. Bu il Fortum Rusiya hakimiyyətinə qarşı arbitraj prosesinə başladığını bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay