Serbiya rus qırıcılarından imtina edib Fransız qırıcıları aldı
Rusiya Avropanın sanksiyalara qoşulmayan sonuncu loyal ölkələrindən biri olan və sovet dövründən Moskvadan silah alan Serbiyaya silah bazarını itirməkdə davam edir. Serbiya hakimiyyəti 2021-ci ildən bəri müzakirə olunan rus qırıcılarını almaq əvəzinə Fransız “Rafale”lərini almaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, 2,7 milyard avro və ya 3 milyard dollar dəyərində 12 təyyarənin tədarükü ilə bağlı müqaviləni cümə axşamı Serbiya və Fransa prezidentləri Aleksandr Vuçiç və Emmanuel Makron imzalayıblar.
Makron Vuçiçlə birgə mətbuat konfransında bildirib ki, razılaşma Serbiyada “strateji dəyişikliyin” başlanğıcı olacaq. O əlavə edib ki, Serbiyanın yeri Avropa İttifaqındadır. Bloomberg-in məlumatına görə, Makronun səfəri zamanı Serbiyada infrastruktur layihələri, mühüm xammalın tədarükü, eləcə də nüvə enerjisinin potensial inkişafı ilə bağlı 10-dan çox saziş imzalanıb.
Serbiya Hərbi Hava Qüvvələrinin köhnə rus MiQ-29 donanmasını əvəz edəcək qırıcılar üçün müqavilə Makronun gəlişinə cəmi bir neçə saat qalmış tamamlanıb. “Fransa Belqraddan “müəyyən zəmanətlər” istəyir”, - Vuçiç texnologiyanın Rusiyaya ötürülməməsinə işarə edərək deyib.
Müharibə başlamazdan əvvəl Belqrad Rusiya Federasiyasından dörd Mi-35M helikopteri, altı MiQ-29 qırıcısı, üç Mi-17V-5 nəqliyyat helikopteri, Pantsir-S1 zenit-raket və silah sistemləri, 30 T-72MS tankı və 30 BRDM-2MS zirehli personal daşıyıcısı alıb.
Vuçiçin sözlərinə görə, Fransa Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmasında israrlıdır. "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, lakin Qərbin məhdudiyyətlərinə qoşulmaq variant deyil", - Vuçiç deyib.
2021-ci ilin sonunda Serbiya Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin donanmasını doldurmaq üçün iki variantı nəzərdən keçirdiyini bildirib. İdarənin rəisi Neboyşa Stefanoviç bildirib ki, “Rafale” ilə yanaşı, hərbçilər rus qırıcılarını da öyrəniblər.
Lakin sanksiyaların tətbiqindən sonra Rusiyanın MiQ-29-larını saxlamaq mümkün olmayıb, - Vuçiç ötən ilin fevralında şikayət edib. “Rusiyadan praktiki olaraq hərbi məqsədlərlə bağlı heç bir şey idxal oluna bilməz”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay