Dünya
30.08.2024 / 21:52
Avropanın iqtisadi autsayderi məlum oldu
54653
Estoniya ağır iqtisadi tənəzzülün əzabını çəkir, həyat standartları 7 il geri qalır və digər Avropa ölkələri inkişaf edərkən iqtisadiyyat kiçilir.
Valyuta.az xəbər verir ki, bunu Estoniya parlamentinin maliyyə komissiyasının sədr müavini Andrey Korobeinik deyib.
"Bu il Estoniya Avropada yeganə ölkədir ki, iqtisadiyyatı daralır, digər ölkələr, o cümlədən Ukrayna və Rusiya inkişaf edir", deyə Korobeinik bildirib.
Siyasətçi qeyd edib ki, gələn il cüzi iqtisadi artım olsa belə, əhalinin alıcılıq qabiliyyəti aşağı səviyyədə qalacaq. O, bu vəziyyətə səbəb kimi yüksək inflyasiya və hökumətin dəqiq iqtisadi artım strategiyasının olmaması ilə əlaqələndirir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay