Dünya
29.08.2024 / 17:55
Türkiyənin valyuta ehtiyatları azalıb - STATİSTİKA
54650
Ötən həftə Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, ötən həftə ərzində ümumi ehtiyatlar 150,4 milyard dollara qədər azalıb. Əvvəlki həftə ehtiyatlar 152,9 milyard dollar idi.
Xalis ehtiyat göstəricilərində də azalma müşahidə olunub. TCMB-nin xalis ehtiyatları 47,8 milyard dollardan 43,7 milyard dollara düşüb.
Svoplar istisna olmaqla xalis ehtiyatlarda da əhəmiyyətli azalma qeydə alınıb. Son həftədə svoplar xaric xalis ehtiyatlar 4,3 milyard dollar azalaraq 21,4 milyard dollar olub.
© Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay