“Tatneft” Slovakiya və Macarıstana neft tədarükündə “Lukoil”u əvəz etdi
Rusiyanın "Tatneft" şirkəti Slovakiya və Macarıstana neft ixracını artıraraq, Ukraynanın tətbiq etdiyi məhdudiyyətlərdən sonra "Lukoyl"dan "Drujba" neft kəməri ilə tədarükün azaldılmasını kompensasiya edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
“Drujba”nın cənub qolu vasitəsilə ölkələrə təqribən 330 min ton neft verilib.
Bu ilin birinci yarısında “Tatneft”in payı Rusiya neftinin Macarıstan və Slovakiyaya ixracının ümumi həcminin müvafiq olaraq 34% və 53%-ni təşkil edib. İyul tədarüklərindən sonra bu rəqəmlər təxminən 77% və 92% artıb.
İyulun 17-də Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya neftinin Ukrayna ərazisindən tranzitini dayandırdığını elan edib. İyulun 18-də “Drujba” neft kəmərinin Slovakiya hissəsini idarə edən “Transpetrol” Slovakiyanın “Lukoyl”dan neft almasını dayandırdığını bildirib.
Daha sonra Siyarto Avropa Komissiyasının Budapeştin Ukrayna ərazisindən Macarıstan və Slovakiyaya tranzitini əngəllədikdən sonra alternativ neft tədarükü mənbələri axtarmasının mümkünlüyü barədə bəyanatına cavab olaraq, Xorvatiyanın dövlət üçün etibarlı tranzit tərəfdaşı olmadığını söyləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay