28.08.2024 / 20:59
Rumıniya Moldovanın yeganə limanını alacaq
54560
Rumıniya Moldovanın yeganə limanı Giurgiulesti almağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Newsmaker” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Rumıniya hakimiyyəti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə sövdələşməni müzakirə etməyi planlaşdırır.
"Gurgiulestidə iki liman infrastrukturu strukturu var: AYİB-ə məxsus beynəlxalq sərbəst liman və dövlətə məxsus olan dövlət limanı", deyə Moldova hökumətinin mətbuat katibi Daniel Voda bildirib.
Xüsusilə Rumıniya limanın beynəlxalq hissəsini almaq niyyətindədir.
Qeyd olunur ki, AYİB limanın satışı ilə bağlı Türkiyə, Niderland və Danimarka ilə də danışıqlar aparır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay