Ukraynanın dövlət borcu daha 3,2 milyard dollar artıb
İyulun sonunda Ukraynanın dövlət borcu daha 206,16 milyard qrivna və ya təxminən 3,2 milyard dollar artıb.
Valhyuta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən "RBC Ukrayna" məlumat yayıb.
İyulun 31-nə Ukraynanın borcu 6,37 trilyon qrivna təşkil edib ki, bu da təxminən 155,36 milyard dollara bərabərdir.
Ölkənin borcunun böyük hissəsi digər hökumətlərin və beynəlxalq maliyyə institutlarının kreditləri hesabına formalaşır. Beləliklə, iyul ayında Ukrayna hökumətinin xarici valyuta hesablarına Beynəlxalq Valyuta Fondundan (BVF) təxminən 2,2 milyard dollar daxil olub.
İyulda Kiyev borcun restrukturizasiyası ilə bağlı Ukraynanın Avrobond Sahibləri Komitəsi ilə razılığa gələ bilib. Əvvəllər G7-nin kreditor ölkələri Kiyevə suveren borcun ödənilməsi ilə bağlı 2027-ci ilin mart ayının sonuna qədər möhlət vermişdilər.
Bu arada, Ukraynanın dövlət borcuna xidmət xərcləri artıq adambaşına 296 dolları ötüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay