Niderlandda C2000 və P2000 rabitə sistemi sıradan çıxdı, dövlət qurumlarının işi iflic oldu
Niderlandda fövqəladə hallar xidmətlərinin istifadə etdiyi sistemlər də daxil olmaqla, xəbərdarlıq və rabitə sistemlərində geniş nasazlıq yaranıb.
Valyuta.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Qeyd olunur ki, nasazlıq səbəbindən polis, sahil mühafizəsi və digər xidmətlərə xidmət edən C2000 rabitə sistemi sıradan çıxıb. Yanğınsöndürənlərə, polisə və təcili yardıma zəngləri ötürmək üçün nəzərdə tutulmuş P2000 sistemi də işləmir. Eyni zamanda, nasazlıq vətəndaşların dövlət orqanları ilə onlayn əlaqə saxlamaq üçün istifadə etdiyi "DigiD" sisteminin işinə təsir göstərib.
Bundan əlavə, Eyndhoven hava limanında hava hərəkəti naməlum nasazlıq səbəbindən dayandırılıb. Bütün bu hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Mütəxəssislər hələlik adı açıqlanmayan hadisənin səbəblərini araşdırmaqda davam edirlər. Sahil mühafizəsi və hərbi polisin axşam saatlarından etibarən faktiki olaraq əlçatmaz olduğu bildirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay