Dünya
28.08.2024 / 12:39
Kazan hava limanı PUA təhlükəsi səbəbindən işini dayandırdı
54530
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, avqustun 28-də səhər saatlarında “uçuşların təhlükəsizliyini təmin etmək üçün” Rusiyanın Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub – ehtimal olunan səbəb pilotsuz təyyarələrin hücumu təhlükəsidir.
Valyuta.az xəbər verir ki, bu barədə Baza məlumat yayıb.
"Baza"nın məlumatına görə, Kazan hava limanı pilotsuz təyyarə hücumu təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.
Bir neçə uçuş və eniş reysi təxirə salınıb.
Kazana uçan təyyarələr Samaradakı alternativ aerodroma yönləndirilib.
Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiyanın Rostov vilayətində güclü partlayışlardan sonra iki neft bazasında yanğınlar baş verib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay