Dünya
27.08.2024 / 14:40
Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu açıqladı
54463
Türkiyə Mərkəzi Bankı (TCMB) 2024-cü ilin avqust ayı üçün "Sektor inflyasiya gözləntiləri"ni açıqlayıb.
Bu barədə Valyuta.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, müvafiq olaraq, avqust ayında illik inflyasiya gözləntiləri real sektor üçün 1,2 faiz bəndi azalaraq 53,8 faiz, ev təsərrüfatları üzrə isə 1,1 faiz bəndi artaraq 73,1 faiz səviyyəsinə yüksəlib.
Gələcək 12 ayda inflyasiyanın azalacağını gözləyən ev təsərrüfatlarının nisbəti əvvəlki ayla müqayisədə 0,3 faiz bənd artaraq 29,6 faizə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay