Gürcüstan "Zalatoy karona"nı sanksiyalara görə dayandırıbmış
Bir neçə gündür Gürcüstan banklarında işləməyən "Zalatoy karona" pulköçürmə sisteminin sanksiyaya məruz qalan şəxslərlə əlaqəsi yoxlanılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Gürcüstan Banklar Assosiasiyasının rəhbəri Aleksandr Dzneladze bildirib.
Onun sözlərinə görə, banklar və maliyyə təşkilatları "Zalatoy karona"nın beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalan şəxslərlə əlaqəsini araşdırıb. Dzneladze vurğulayıb ki, hazırda "Zalatoy karona"nın sanksiyalar altında olanlarla əlaqəsi təsdiqlənməyib, ona görə də sistemin fəaliyyəti tam bərpa olunub.
Avqustun 24-də Gürcüstanın ən böyük banklarından biri olan "Bank of Georgia"nın "Zolotaya Korona" vasitəsilə pul köçürmələri etmək istəyərkən texniki problemlərlə üzləşdiyi bildirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay