Aİ-nin ticarət profisiti 40,4 milyard avro təşkil edib
2024-cü ilin ikinci rübündə Aİ-nin ticarət profisiti 40,4 milyard avro təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Kommersant" Avropa Statistik Bürosuna (Eurostat) istinadən məlumat yayıb.
Belə ki, aprel-iyun aylarında Aİ-nin ixracı 650,7 milyard avro, idxalı isə 610,3 milyard avro olub.
Avropa ticarətində müsbət saldo ardıcıl dördüncü rübdür ki, qalıb. Agentlik qeyd edir ki, əslində bu, Rusiya-Ukrayna müharibəsinin yaratdığı təsirlərin aradan qaldırılmasından xəbər verir.
Qeyd olunur ki, Rusiya ilə əlaqələrin kəsilməsindən sonra Avropa ticarətində bir ildən artıq müddət ərzində kəsir qeydə alınıb və 2022-ci ilin üçüncü rübündə pik həddi 155 milyard avro təşkil edib.
Bununla yanaşı, Rusiyanın yerini digər ticarət tərəfdaşları fəal şəkildə tutub, əvvəllər oraya göndərilən məhsullar indi digər ölkələrə tədarük olunur.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay