Bu ölkə bütün neft hasilatını və ixracını dayandırmaq istəyir
Neft ixracatçılarından hansının hasilatı tamamilə dayandırmağı planlaşdırdığı məlum olub
Liviyanın şərq hökuməti ölkədə bütün neft hasilatını və ixracını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Qərar Tripolidəki rəqib hökumətin mərkəzi bankın rəhbərliyini dəyişmək cəhdindən sonra verilib. Şərq hakimiyyətinin bəyanatına görə, fors-major rejimi bütün yataqlara, terminallara və neft obyektlərinə şamil edilir. Açıqlamadan sonra Brent markalı neftin qiyməti 2,2% artaraq barrel üçün 80 dolları ötüb.
Çoxmilyardlıq enerji gəlirlərini idarə edən mərkəzi bankın rəhbərliyi ilə bağlı qarşıdurma son bir həftə ərzində kəskinləşib. Bu, siyasi parçalanmaları dərinləşdirib və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş sülh sazişini təhlükə altına qoyub. Ölkənin qərbində beynəlxalq səviyyədə tanınan hökumət istefa verməkdən imtina edən qubernator Sadiq Əl-Kəbiri əvəz etməyə çalışırdı.
Agentliyin məlumatına görə, Liviyanın ümumi neft hasilatı ötən ay gündə təxminən 1,15 milyon barel olub. O vaxtdan bəri gündə demək olar ki, 270 min barel hasil edən ən böyük neft yatağı olan Şərara fəaliyyətini dayandırıb. Ölkənin şərqində Liviyanın neft ehtiyatlarının böyük hissəsi və ölkənin dörd neft ixrac terminalının cəmləşdiyi Sirt hövzəsi yerləşir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay