Pakistan LNG tədarükü ilə bağlı Rusiya ilə danışıqlar aparır
Rusiya və Pakistan mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı danışıqlar aparır.
Valyuta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaza Zəhra Bəluç bildirib.
O xatırladıb ki, Pakistan enerji sektorunda uzun müddətdir Rusiya Federasiyası ilə əməkdaşlıq edir. Tərəflər iki Moskva və İslamabad arasında enerji sahəsində əməkdaşlığa dair son danışıqların nəticələrindən məmnun olduqlarını bildiriblər.
"Ölkələrimiz Pakistanın uzunmüddətli enerji ehtiyacları üçün LNG tədarükünü də müzakirə edir" deyən diplomat danışıqlar prosesinin davam etdiriləcəyini bildirib.
Avqustun ortalarında Rusiya prezidenti Vladimir Putin Pakistanın Müstəqillik Günü münasibətilə respublikanın prezidenti və baş naziri Asif Əli Zərdari və Şahbaz Şərifə təbrik məktubunda iki ölkə arasında əlaqələrin uğurla və yaxşı inkişaf etdiyini bildirib
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay