Macarıstan Aİ-ni qeyri-qanuni miqrantları Brüsselə göndərməklə həldələdi
Macarıstan Avropa İttifaqının (Aİ) Budapeştin ölkəyə qeyri-qanuni miqrant axını ilə mübarizəsinə mane olacağı təqdirdə miqrantları birbaşa Brüsselə göndərməklə hədələyib.
Valyuta.az xəbər verir ki, bu barədə TASS baş nazir Viktor Orbanın ofisinin rəhbəri Qergeli Qilyasın sözlərinə istinadən məlumat yayıb.
"Əgər Brüssel miqrant istəyirsə, onları alacaq. Biz onları Brüsselə birtərəfli biletlə təmin edəcəyik, deyə Macarıstanın Qilyas bildirib.
Bundan əvvəl Baş nazir Viktor Orban demişdi ki, Avropa İttifaqı (Aİ) miqrasiya siyasəti ilə Macarıstan və Polşanı qanuni şəkildə "zorlayıb". O əlavə edib ki, Budapeşt yaxın illərdə miqrasiya məsələsində Aİ ilə heç bir danışıqlar aparmaq niyyətində deyil. Bunun əvəzinə respublikanın hakimiyyət orqanları dövlət sərhədini həm əcnəbilərdən, həm də Brüssel bürokratlarından qorumağa diqqət yetirəcək.
"Brüssel Polşa və Macarıstana Miqrasiya Paktını tətbiq etməklə onları "qanuni şəkildə zorladı". Ona görə də miqrasiya məsələlərində heç bir güzəşt olmayacaq", deyə Orban bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay