Rusiya Qərbi aktivlərinin dondurulmasına cavab verməklə hədələdi
Rusiya Federasiyası Qərbin onun aktivlərini dondurmasına cavab verəcək, ölkənin kifayət qədər siyasi və iqtisadi addımlar arsenalı var.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik vurğulayır ki, əgər Avropa İttifaqı Rusiyadan öz aktivlərini götürməyə cəhd edərsə, o zaman onilliklər ərzində qiymətli kağızlar bazarında etibarlı operator imicini yaradan maliyyə institutlarının reputasiyası həmişəlik zədələnəcək.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Avropa İttifaqı Rusiyaya qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməkdə davam edərsə, onun maliyyə və iqtisadi sistemi fəlakətli nəticələrlə üzləşəcək.
Nazirlik qeyd edib ki, Rusiyanın maliyyə aktivlərinin dondurulmasına cavabları balanslaşdırılmış, yoxlanılacaq və yerli təsərrüfat subyektlərinə ziyan vurmayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay