Bolqarıstan AK-dən ölkəni Ukrayna yumurtalarından qorumağı xahiş etdi
Bolqarıstan Avropa Komissiyasından Ukrayna idxalının bazara mənfi təsiri fonunda yerli yumurta istehsalçılarının xeyrinə qoruyucu mexanizm tətbiq etməyi xahiş edir.
Valyuta.az xəbər verir ki, bu barədə “Prem” agentliyi Bolqarıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Artıq Komissiyaya yazılı müraciətin hazırlanması proseduruna başlanılıb”, - deyə şöbədən bildirilib.
Bolqarıstan Quşçuluq Sənaye Birliyi Ukraynadan gələn yumurtaların üstünlük təşkil etməsindən şikayətlənib. İstehsalçılar hökuməti Ukrayna yumurtalarının idxalına ən azı 120 gün qadağa qoymağa çağırıblar. Məsələ ondadır ki, məhsul Bolqarıstan məhsullarına 30% endirimlə satılır ki, bu da yerli quşçuluqçuların milyonlarla itkisinə səbəb olur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay