“Frontex” 400 milyon dəyərində PUA-ların alınması üçün tender elan etdi
Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi “Frontex” ümumilikdə 400 milyon dollar dəyərində pilotsuz uçuş aparatları və digər müşahidə avadanlıqlarının alınması üçün tender elan edib.
Valyuta.az bu barədə Euractiv-ə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, şirkət 2018-ci ildən Avropa İttifaqının sərhədlərində vəziyyəti izləmək üçün dronlardan istifadə edir və bununla da il ərzində təxminən beş min nəfəri aşkar edir.
“Euractiv” yazır ki, şirkət pilotsuz təyyarələrin alınmasına, həmçinin dənizdə vəziyyətin monitorinqi üçün müvafiq xidmətlərə təxminən 184 milyon dollar xərcləməyi planlaşdırır. Bundan əlavə, gecəgörmə cihazlarının alınmasına daha 19 milyon dollara yaxın, öz növbəsində isə informasiya-kommunikasiya texnologiyalarının alınmasına 186,5 milyon dollar xərclənəcək. Həmçinin quru sərhədlərində pilotsuz uçuş aparatlarının istifadəsi üzrə pilot layihəyə daha 3 milyon dollar xərclənəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay